Hindistanda koronavirusun 22 200 yeni halı aşkar edildi, 467 insan vəfat etdi
Hindistanda koronavirusun 22 200 yeni halı aşkar edildi, 467 insan vəfat etdi

Hindistanda koronavirusa yoluxanların sayı 720 minə çatdı. Ölkədə son 24 saat ərzində koronavirusun 22 200 yeni halı aşkar edildi, 467 insan vəfat etdi.

Ümumilikdə vəfat edənlərin sayı 20 mindən artıqdır. Virusdan artıq 440 min insan müalicə olunaraq sağaldı.

Hindistanda bu günə qədər müalicəsini 260 minə qədər pasiyent davam etdirir.