Hindistanda koronavirusa yoluxma hallarının sayı azaldı
Hindistanda koronavirusa yoluxma hallarının sayı azaldı

10 iyuldan sonra ilk dəfə, Hindistanda koronavirusa yoluxmanın gündəlik sayı 30 mindən azdır.

Son 24 saat ərzində, ölkədə virus 26 567 insanda təsdiq olundu, 385 insan vəfat etdi.

Məlumatı “Qardian” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusun 9 milyondan artıq halı qeydə alınıb, 140 958 insan vəfat edib.