Hindistanda ibadətgahların birində yaşanan sıxlıq nəticəsində azı 7 nəfər həyatını itirib

13:50, 17.08.2026

 

Hindistanda ibadətgahların birində yaşanan sıxlıq nəticəsində azı 7 nəfər həyatını itirib. Onlarla şəxs xəsarət alıb, onlardan 19-u xəstəxanaya yerləşdirilib.

Hadisə elektrik ötürücü dirəyinin aşması və bunun da vətəndaşlar arasında panikaya səbəb olduğu ölkənin şərqində yerləşən Bihar ştatındakı hindu məbədinin yaxınlığında baş verib.

Hadisəyə baş nazir Narendra Modi münasibət bildirərək həlak olanların ailələrinə başsağlığı verib.

Oxşar