Hindistanın Goa ştatında gecə klubunda baş vermiş yanğında 25 nəfər həlak olub. Məlumatlara görə, qurbanların əksəriyyətinin klubun əməkdaşları olduğu ehtimal edilir, lakin turistlər də həyatını itirənlər arasında var.
Polisin versiyasına əsasən, klubun mətbəxində qaz balonunun partlaması nəticəsində binada yanğın baş verib.
Yerlı hakimiyyətin məlumatına görə, üç nəfər yanıq xəsarətlərindən, digərləri isə boğulma səbəbindən həyatını itirib.
Hadisə ilə bağlı Hindistanın baş naziri Narendra Modi başsağlığı verib.
Hindistan hökumətinin qərarına əsasən, qurbanların ailələrinə kompensasiya olaraq 200 min rupi ödəniləcək ki, bu da təxminən 2 min iki yüz ABŞ dollarına bərabərdir.