Hindistanda bir gündə koronavirusun 90 mindən artıq halı aşkar edildi
Hindistanda bir gündə koronavirusun 90 mindən artıq halı aşkar edildi. “Reuters” agentliyinin yazdığına görə, bu virusun gündəlik qeydə alınan halların dünya rekord göstəricisidir.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 90 632 yeni hal qeydə alındı. Son bir gün ərzində 1 065 insan vəfat etdi.
Pandemiyanın başlamasından bu günə qədər, Hindistanda koronavirusdan ümumilikdə 70 626 insan vəfat edib.
Yerli həkimlərin dediyinə görə, ölkənin bəzi bölgəsində koronavirusun ikinci dalğası başlayıb.