Hindistan və Pakistan arasında sərhəd hissəsində silahlı münaqişə kəskinləşir
Hindistan və Pakistan arasında sərhəd hissəsində silahlı münaqişə kəskinləşir

 

Hindistan və Pakistan arasında sərhəd hissəsində silahlı münaqişə kəskinləşir, Pakistan Cammu şəhərini bombalayır. Medianın məlumatına əsasən, Pakistan Hindistanın nəzarətində olan ərazidə yerləşən şəhərə quraşdırılmış döyüş başlıqları ilə hədəflərə çırpılan pilotsuz uçuş aparatları ilə hücum edir.

Hindistanın hava hücumundan müdafiə sistemi münaqişə zonasında işləyir. Yerli sakinlərin verdiyi məlumata əsasən, obyektlər Cammu Hava Limanı yaxınlığında partlayıb.

Hücum səbəbindən Cammu şəhərində elektrik enerjisi kəsilib. Döyüş əməliyyatları fonunda ABŞ dövlət katibi Marko Rubio Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb. Rubio Pakistan və Hindistanı gərginliyi azaltmağa çağırıb. Öz növbəsində Şərif suverenliyi və ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun müdafiə edəcəyini qeyd edib.