Hindistan və Banqladeşdə daşqınlar nəticəsində azı 42 nəfər həlak oldu
Hindistan və Banqladeşdə daşqınlar nəticəsində azı 42 nəfər həlak oldu

Hindistan və Banqladeşdə güclü yağışlar nəticəsində əmələ gələn daşqınlar nəticəsində azı 42 nəfər həlak oldu. Məlumatı “Reuters” agentliyi yayır.

Medianın məlumatına görə, güclü mövsümi yağışlar Banqladeşin şimal-şərqində daşqınlara səbəb oldu, ən azı 25 nəfər həlak oldu, milyonlarla insan evlərini tərk edərək sığınacağ keçməyə məcbur oldu.

Hindistanın Banqladeşlə həmsərhəd Assam əyalətində daşqınlar nəticəsində 17 nəfər həlak oldu.

Banqladeş Fövqəladə Hallar Xidmətinin məlumatına görə, leysan yağışlar ölkənin şimal bölgəsində demək olar ki, bütün çayların səviyyəsinin kritik səviyyəyə qalxmasına səbəb oldu, ətraf əraziləri su basdı.

Bölgələrə minlərlə polis və xilasedicilər səfərbər olunub. Polisin məlumatına görə, 4 milyondan çox insan hələ də fəlakət zonasındadır, su basmış ərazilərdən 105 mindən çox insan təxliyə edildi.

Banqladeş və Hindistanda son illərdə hava şəraitində kəskin dəyişikliklər müşahidə olundu. Ekoloqlar hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən dünyada təbii fəlakətlərin sayı daha da artacaq.