Hindistan koronavirus hallarının sayı ilə dünyada üçüncü yerdədir
Hindistan koronavirus hallarının sayı ilə dünyada üçüncü yerdədir

Hindistan “COVID-19”-un göstəriciləri ilə Rusiyanı keçdi və dünyada üçüncü yerdədir.

BBC“-nin məlumatına görə, hazırda Hindistanda “COVID-19”-un 697 887 halı qeydə alınır. Rusiyada koronavirusa yoluxanların sayı 680 203-ə çatır.

Son 24 saat ərzində Hindistanda virusa yoluxmanın 25 minə yaxın yeni halı qeydə alındı. Son bir gündə ölüm halı 425 ilə artdı və 19 693-ü təşkil etdi.