Hind mediası hərbi əməliyyat çərçivəsində Pakistanda və Pakistanın nəzarətində olan Kəşmirdə 70 terrorçunu qətlə yetirdikləri barədə məlumat yayır
Hind mediası ölkə hökumətinə istinadən hərbi əməliyyat çərçivəsində Pakistanda və Pakistanın nəzarətində olan Kəşmirdə 70 terrorçunu qətlə yetirdikləri barədə məlumat yayır.
Yayılmış məlumata əsasən, doqquz fərqli yerin bombalanması üçün 24 raket istifadə ediblər.
Hind mediasına əsasən, raket hücumları nəticəsində Müzəffərabad, Kotli, Bahavalpur, Ravalakot, Çaksvari, Bhimber, Neelum Veli, Chelum və Çakvalda 60-dan çox terrorçu yaralanıb. Hindistanın hökumət mənbələrinin məlumatına əsasən, bu yerlər terror fəaliyyətinin mərkəzləri kimi müəyyən edilib. Yüksək dəqiqlikli raketlər “Ləşkər-e-Taiba” və “Ceyş-e-Məhəmməd” ilə əlaqəli düşərgələrə qarşı istifadə olunub.
Hindistanın müdafiə mənbələrinin məlumatına əsasən, öldürülən terrorçular arasında “Ləşkər-e-Taiba” və “Ceyş-e-Məhəmməd” ilə əlaqəli orta və yüksək rütbəli sahə komandirləri var.
Hind mediasına əsasən, Hindistanın əks-hücumu bu terror qruplaşmalarının əməliyyat imkanlarını xeyli azaldıb. Pakistan Hindistanın hücumu nəticəsində azı 9 mülki vətəndaşın həlak olduğunu, 38 nəfərin yaralandığını və ikisinin itkin düşdüyünü bəyan edib.