“HEZBOLLAH” İsrailin şimalında, Livan sərhədi yaxınlığında yaşayan əhalini evakuasiyaya çağırır, İsraildə isə bildirirlər ki, israillilər sərhəd şəhərlərindən evakuasiya olunmağı planlaşdırmırlar

10:41, 06.03.2026

Livanın şiə qruplaşması “Hezbollah” İsrailin şimalında, Livan sərhədi yaxınlığında yaşayan əhalini dərhal evakuasiyaya çağırır.

“Şimal yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq: sizə sərhəddən beş kilometr radiusda yerləşən bütün yaşayış məntəqələrini tərk etmək əmri verilir”, – qruplaşmanın bəyanatında deyilir.

Bəyanata görə, “Hezbollah” İsrailin hərəkətlərinə cavab verməyi planlaşdırır.

“Ordunuzun Livanın suverenliyinə və vətəndaşların təhlükəsizliyinə qarşı aqressiyası, mülki infrastrukturun məhv edilməsi və həyata keçirdiyi qovma kampaniyası cavabsız qalmayacaq”, – “Hezbollah”ın bəyanatında deyilir.

Qruplaşmanın bəyanatına İsrail artıq cavab verib. İsraildə bildiriblər ki, israillilər sərhəd şəhərlərindən evakuasiya olunmağı planlaşdırmırlar.

Oxşar