Heyvanların Monitorinqi Agentliyi sentyabrın 25-də Qldanidə vətəndaşlara ev heyvanlarının kompleks və quduzluq əleyhinə peyvənd olunmasını, həmçinin çiplənməsini təklif edir
Heyvanların Monitorinqi Agentliyi Qldaninin 6-cı mikrorayonunun 20-ci binasının yaxınlığında yerləşən parkda sentyabrın 25-i saat 12:00-dan 18:00-dək ev heyvanları sahiblərinə bir neçə xidmət təklif edir.
Xüsusilə, heyvanların identifikasiyası-qeydiyyatı; kompleks və quduzluğa qarşı peyvəndləmə.
Bununla yanaşı, sahibsiz heyvanlar üçün kompleks, eləcə də quduzluğa qarşı peyvəndləmə tamamilə pulsuz olacaq.
Sahibi olan heyvanlar halında, quduzluğa qarşı peyvəndin qiyməti 10 lari, kompleks peyvəndləmə isə 20 laridir; heyvanın çiplənməsi 32 laridir, qeydiyyat isə pulsuzdur.
“Layihənin məqsədi heyvanlara qayğı göstərən insanlar üçün baytarlıq xidmətlərinə çıxış imkanlarının artırılması, zəruri və problemli məsələlərlə bağlı məlumat əldə edilməsidir” – Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda deyilir.