Heyvanların Monitorinq Agentliyi – kifayət qədər böyük antirabik aksin ehtiyatımız var və agentlik adi rejimdə, intensiv şəkildə heyvanların vaksinasiyasını həyata keçirir
Heyvanların Monitorinq Agentliyi – kifayət qədər böyük antirabik aksin ehtiyatımız var və agentlik adi rejimdə, intensiv şəkildə heyvanların vaksinasiyasını həyata keçirir

Heyvanların Monitorinq Agentliyinin kifayət qədər böyük antirabik vaksin ehtiyatı var və adi rejimdə, intensiv şəkildə heyvanların vaksinasiyasını həyata keçirir – bu barədə Tbilisi Meriyasının Mətbuat Xidməti tərəfindən yayımlanan Dövlət Agentliyi Heyvanların Monitorinq Agentliyinin bəyanatında deyilir.

“Paytaxtda antirabik vaksin çatışmazlığı ilə bağlı bəzi media vasitələri tərəfindən yayımlanan yalan məlumatlara münasibət bildirmək istəyirik.

Bildiririk ki, Heyvanların Monitorinq Agentliyinin kifayət qədər böyük antirabik vaksin ehtiyatı mövcuddur və heyvanların vaksinasiyası adi rejimdə, intensiv şəkildə davam etdirilir.

Ehtiyac yarandığı halda maraqlı şəxslər bizə müraciət edə və heyvanları bələdiyyə sığınacağında peyvənd etdirə bilərlər,” – deyə bəyanatda qeyd olunur.