Həyat yoldaşına qarşı zoraklıq və hədə-qorxu faktı üzrə Patrul Polisinin keçmiş rəisi, David Sinaridzeyə qarşı ittiham irəli sürüldü
Həyat yoldaşına qarşı zoraklıq və hədə-qorxu faktı üzrə Patrul Polisinin keçmiş rəisi, David Sinaridzeyə qarşı ittiham irəli sürüldü.
Gürcüstan Prokurorluğunun məlumatında deyildiyi kimi, sərxoş halda olan David Sinaridze həyat yoldaşı M.B.-nı sözlə və fiziki təhqir etdi, sonra isə, odlu silahdan istifadə edərək, həyatının məhv edilməsi ilə hədələdi və bir dəfə atəş açdı.
“Həyat yoldaşına qarşı zoraklıq və hədə-qorxu faktı üzrə D.S.-ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 151-ci maddəsinin ikinci hissəsinin “d” bəndi və 126 prima maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüldü.
İstintaq ilə müəyyən olundu ki, 2020-ci il aprelin 27-də, gecə saatlarında, sərxoş halda olan David Sinaridze həyat yoldaşı M.B.-nı sözlə və fiziki təhqir etdi, sonra isə, odlu silahdan istifadə edərək, həyatının məhv edilməsi ilə hədələdi və bir dəfə atəş açdı. Hüquqmühafizəçilər D.S.-nı hadisə yerində yaxaladılar”, – Prokurorluğun bəyanatında deyilir.
Tbilisi Şəhər Məhkəməsi qətimkan tədbiri barəsində 2020-ci il aprelin 30-da müzakirə aparacaq.