Həsən Nəsrullah - Liderimizin qətlə yetirilməsindən sonra “Hizbullah” İsrailə cavab verməyə borcludur, cavabımız güclü və təsirli olacaq, döyüş meydanında görüşməzdən əvvəl bizi bir neçə gün və bir neçə gecə ayırır
Həsən Nəsrullah - Liderimizin qətlə yetirilməsindən sonra “Hizbullah” İsrailə cavab verməyə borcludur, cavabımız güclü və təsirli olacaq, döyüş meydanında görüşməzdən əvvəl bizi bir neçə gün və bir neçə gecə ayırır

 
“Hizbullah”ın lideri Həsən Nəsrullah İsrail tərəfdən hücuma cavabın “güclü və təsirli” olacağını bildirir. O, bu haqda bəyanatı “Hizbullah” qruplaşmasının hərbi komandiri Fuad Şukrinin Beyrutda qətlə yetirilməsindən bir həftə keçməsinə həsr olunmuş televiziya müraciəti zamanı verib.

Nəsrullah, cavab hücumunun vaxtını “Hizbullah”ın özünün seçəcəyini bildirib.

“Liderimizin qətlə yetirilməsindən sonra “Hizbullah” cavab verməyə borcludur və İran da cavab verəcək, “Hizbullah” da cavab verəcək. Düşmən gözləyəndə, izləyəndə və istənilən reaksiyanın cavab olduğunu düşünəndə, bu, özlüyündə cavabdır. Livanda biz xalq və ölkənin qayğısına qalırıq. Ölkəmizin təhlükəsizliyinin və infrastrukturunun qayğısına qalırıq, çox insanın xəsarət almamasının qayğısına qalırıq. Biz bu yükü daşıyırıq. Lakin, nə Livanda, nə də onun hüdudlarından kənarda heç kimdən bir həftə əvvəl baş vermiş təcavüzün öhdəsindən gəlinməsini tələb edə bilmərik. Cavabımız güclü və təsirli olacaq. Döyüş meydanında görüşməzdən əvvəl bizi və onları yalnız bir neçə gün və bir neçə gecə ayırır” – “Hizbullah”ın lideri bildirib.