"Heritage Foundation" - demokratizasiya baxımından, Gürcüstan Avrasiya bölgəsində nümunəvidir
“Heritage Foundation” Amerika tədqiqat təşkilatı “ABŞ-Gürcüstan əlaqələrində 2020-ci ildə beş əsas prioritet” başlıqlı hesabat dərc etdirdi.
Hesabatın müəllifi Rusiya və Avrasiya məsələləri üzrə tədqiqatçı assistent, Aleks Mraçekdir.
Hesabatda qeyd olunubdur ki, 2020-ci il ABŞ-Gürcüstan əlaqələrində əhəmiyyətli olacaq. 2020-ci ildə Gürcüstanda Parlament seçkiləri keçiriləcək. Aleksis Mraçek qeyd edir ki, 2019-cu ilin fəal etiraz aksiyalarını nəzərə alaraq bu seçkilər, böyük ehtimalla hayküylü keçəcək.
“2020-ci il önəmli məsələlər arasında Anakliya Limanı layihəsi taleyi, ABŞ-Gürcüstan azad ticarət razılaşması və Gürcüstanın NATO ilə bağlı cəhdləri var. 2020-ci ildə ABŞ azad və ədalətli seçkiləri dəstəkləməlidir”, – hesabatda deyilir.
Müəllif yazır ki, Amerika Birləşmiş Ştatları üçün Gürcüstanın böyük əhəmiyyəti var. İlk növbədə, Gürcüstan Əfqanıstan və İraqda təsdiq etdi ki, etibarlı müttəfiqdir. İllər ərzində hər iki misssiyanın dəstəyi çərçivəsində, minlərcə gürcü döyüşçüsü göndərildi.
Müəllif Gürcüstanın coğrafi yerləşməsinə xüsusi diqqət yetirir.
“Gürcüstanın Avropa və Asiya kəsişməsində yerləşməsinin böyük strateji əhəmiyyəti var. Gürcüstan ərazisindən neft və qaz boru kəmərləri, dəmiryolu marşrutları keçir. Bunun Avropanın təhlükəsizliyi üçün böyük əhəmiyyəti var”, – hesabatda qeyd olunur.
Bununla yanaşı, hesabatda yazılıb ki, demokratizasiya baxımından, Gürcüstan Avrasiya bölgəsində nümunəvidir.
“Heritage Foundation” tərəfindən dərc olunan hesabatda əsas prioritetlər xüsusil qeyd edilib. Gürcüstana qarşı dəstəyin davam etdirilməsi üçün 2020-ci ildə ABŞ beş əsas prioritetə diqqət yetirməlidir.
Birinci prioritet Gürcüstanda azad və ədalətli Parlament seçkilərinin dəstəyidir.
Prioritetlərdən ikincisi Gürcüstan ilə azad ticarət razılaşmasına təkanın verilməsidir. Hesabatda bu məsələ ilə bağlı qeyd olunub ki, son on illər ərində Gürcüstan böyük tərəqqiyə nail oldu.
Üçüncü yerdə NATO ilə bağlı Gürcüstanın cəhdlərinin dəstəklənməsidir.
Dördüncü prioritet müdafiə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsidir. Hesabata uyğun olaraq ABŞ və Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əlaqələr Avrasiya bölgəsində ən möhkəm əlaqələrindən biridir. Müəllif yazır, önəmlidir ki, Tramp administrasiyası Gürcüstana dəstəyini bəyan edir.
Hesabatda beşinci prioritet olaraq Gürcüstana Anakliya Limanı üçün yeni sərmayədarın axtarıb tapılması baxımından təkanın verilməsi göstərilib.