Hərbi-tibbi qruplar bölgələrdə əhalinin vaksinasiyasını davam etdirirlər
Vaksinasiya prosesinin effektli həyata keçirilməsi məqsədilə, hərbi həkimlər Gürcüstanın müxtəlif bölgələri kəndlərində əhalinin vaksinasiyasını davam etdirirlər. Məlumatı Müdafiə Nazirıliyi yayır.
İdarənin məlumatına görə, baş nazirin əmrinə müvafiq olaraq, müdafiə idarəsi tərəfindən yayılan mobil hərbi-tibbi qruplar bu dəfə Axalsixe munisipalitetinin kəndlərindədilər. Hərbi həkimlər Aqara kəndinin əhalisinə peyvənd etdilər.
Kütləvi immunizasiya prosesinə dəstək və vaksinasiya əlçatarlığının artırılması məqsədilə, müdafiə idarəsi tərəfindən yaradılmış hərbi həkimlərlə komplektləşdirilmiş hərbi-tibbi qruplar yerli munisipilatietlərdə vaksinasiya məntəqələrinə gedə bilməyən vətəndaşları peyvənd edirlər.