Hərbi təlimlər çərçivəsində Çin Tayvan istiqamətində raketlər buraxıb
Hərbi təlimlər çərçivəsində Çin Tayvan istiqamətində raketlər buraxıb

 

Hərbi təlimlər çərçivəsində Çin Tayvan istiqamətində raketlər buraxıb. Bu haqda məlumatı “Reuters” yayır.

Medianın yazdığı kimi, Çinin hərbi təlimləri son dövr ərzində ən miqyaslıdır. Təlimlərin ikinci günündə Çin bombardmançı təyyarələr və hərbi gəmilərlə birlikdə, yeni universal desant gəmiləri yerləşdirib.

Medianın məlumatında, Çinin təlimləri Tayvan ətrafında 5 ərazidə keçirdiyi deyilir.

“Reuters”in məlumatına əsasən, “Ədalət Missiyası 2025” kimi tanınan təlimlər ABŞ tərəfindən Tayvan üçün rekord 11.1 milyard dollarlıq silah paketinin elan edilməsindən 11 gün sonra başlayıb.

Tayvan Prezidenti Lai Çin Tem sosial şəbəkədə dərc etdiyi paylaşımda bildirib ki, Çinin təlimləri “məsuliyyətli böyük dövlətdən gözlənilən davranışa uyğun gəlmir”. O, Taypeyin vəziyyəti gərginləşdirməyə çalışmadığını bildirib.