Hərbi həkimlər əhalinin peyvənd edilməsi prosesinə cəlb edildilər

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin əmrinə əsasən, peyvəndləmə prosesini səmərəli həyata keçirmək üçün artıq Müdafiə Nazirliyi tərəfindən yaradılan mobil hərbi-tibbi qruplar aşılama prosesinə cəlb edildi.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün hərbi həkim qrupları Şida Kartli kəndlərinin bir neçə yerində yerli əhaliyə peyvənd ediblər. Peyvənddən əvvəl vətəndaşlara aşılama prosesi haqqında tam məlumatı şəxsən verdilər.

Onların sözlərinə görə, Kaspi Bələdiyyəsinin Kvemo Qomi kəndində əhalinin yüksək fəallığı müşahidə olunub.

“Müdafiə Nazirliyi tərəfindən yerli bələdiyyələrlə koordinasiya olaraq yaradılan mobil hərbi-tibbi qruplar, mövcud peyvənd sahələrindən istifadə edə bilməyən vətəndaşların peyvənd prosesinə əlçatanlığı təmin edəcək”,- deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.