Heraldika Şurası vətəndaşlara müraciət edir ki, avtomaşınlarının və evlərinin damlarında dövlət bayraqlarını ucaldsınlar
14 yanvarda Gürcüstan dövlət bayrağı günü qeyd olunur.
Gürcüstan Dövlət Heraldika Şurası vətəndaşlara müraciət edir ki, avtomaşınlarının və evlərinin damlarında dövlət bayraqlarını ucaldsınlar.
“Dövlət bayrağı milli birliyin, millətin tarixi yolunun və gələcəyə doğu cəhdlərinin rəmzidir. Dövlətçilik müstəqilliyinin geri qaytarılması ilə birlikdə, Gürcüstan, dövlət bayrağını da geri qaytardı.
Heraldika Şurası vətəndaşlara, dövlət bayrağının ucaldılması qaydasını təklif edir. Qeyd olunan qaydaların vətəndaşlar tərəfindən yerinə yetirilməsi arzuolunandır, lakin məcburi deyil.