Hər bir fermer, qeydiyyatında olan hər bir hektara dövlətdən 200 larilik subsidiya yardımını alacaq
Hər bir fermer, qeydiyyatında olan hər bir hektara dövlətdən 200 larilik subsidiya şəklində yardım alacaq, – bu barədə kənd təsərrüfatının anti-böhran planının təqdimatında baş nazir, Giorgi Qaxariya bəyan etdi.
“Bu təxminən deməkdir ki, orta səviyyəli və böyük ferma təsərrüfatları, məsələn 10 hektarı olan təsərrüfatlar dövlətdən 2000 lari miqdarında yardım alacaqlar.
Bu, sözsüzdür ki, proporsional şəkildə bölüşdürüləcək”, – baş nazir Giorgi Qaxariya bəyan etdi.