Həndbol | Gürcüstanın 16 yaş altı yığması Türkiyəni ikinci matçda da məğlub etdi #1TVSPORT
Tbilisidə, Olimpiya Sarayında, Gürcüstanın 16 yaşadək həndbolçularının toplanışı davam edir və bu, Gürcüstanın Həndbol Federasiyası tərəfindən hazırlanmış “Gələcəyin komandası” proqramının egidiyası ilə keçirilir.
Məşqlərdən başqa, gürcü gənclər Tbilisidə səfərdə olan Türkiyənin yaşıdlar yığma komandası ilə yoldaşlıq görüşləri keçirirlər.
Bu komandaların ilk qarşılaşmasında avqustun 26-da Gürcüstan yığması 28:24 hesabı ilə qalib gəlib. Bu gün onlar ikinci dəfə üz-üzə gəliblər və Gürcüstan komandası yenə qalib gəlib – 35:25
Gürcüstanın 16 yaş altı yığması Türkiyə ilə üçüncü oyunu avqustun 28-də yenidən Tbilisinin Olimpiya Sarayında keçirəcək – qarşılaşma saat 17:30-da başlayacaq.