Həndbol | Gürcüstan yığması Yunanıstanı məğlub etdi və ikinci dəfə Avropa Çempionatına vəsiqə qazandı #1TVSPORT
Gürcüstanın həndbol komandası ardıcıl ikinci dəfə Avropa çempionatında çıxış edəcək. Gürcülərin 29:26 hesabı ilə qalib gəldiyi Yunanıstanla beşinci turun ev oyunu həlledici oldu.
Bu komandaların ilk oyunu Yunanıstanda ev sahiblərinin minimal fərqlə – 27:26 hesabı ilə qələbəsi ilə başa çatmışdı. Gürcüstan yığmasının qrupda ikinci yeri tutmaq və Yunanıstanı keçmək üçün yalnız qələbəyə ehtiyacı var idi. Avropa Çempionatına isə qrupun ən yaxşı iki komandası vəsiqə qazanırdı.
İlk qarşılaşmada olduğu kimi, bu oyun da əvvəldən sona qədər bərabər keçdi. Birinci hissədə olduqca xoşagəlməz hadisə baş verdi – Teimuraz Orconikidze zədələndi və oyunu davam etdirə bilmədi. Onun meydandan çıxması Gürcüstan yığması üçün böyük itki oldu.
Ev sahibləri birinci hissədə 14:16 hesabı ilə məğlub oldular.
Komandamızın daha dəqiq oynadığı son dəqiqələr həlledici oldu və yekunda 29:26 hesabı ilə qalib gəldi.
Tite Kalandadzenin çalışdırdığı komanda bu qələbə ilə qrupda ikinci yeri tutdu və Avropa çempionatına vəsiqə qazandı.
Seçmə mərhələnin son oyununu Gürcüstan yığması mayın 11-də İslandiyada keçirəcək.