HƏMAS atəşkəs razılaşmasına sadiq qaldığını bildirir
HƏMAS atəşkəs razılaşmasına sadiq qaldığını bildirir. – Bu barədə BBC yazır.
BBC-nin yazdığı kimi, HƏMAS-ın bəyanatında deyilir: “ABŞ prezidenti Donald Trampın xalqımızın Qəzza zolağından köçürülməsi ilə bağlı açıqlamalarını rədd edirik”.
Qrup Trampın şərhlərini “irqçi” adlandırır və fələstinliləri Qəzza zolağından “qovmaq” planının həyata keçirilməyəcəyini bildirir.
Qarşı tərəf ona hörmət etdiyi müddətcə HƏMAS atəşkəs razılaşmasına sadiq qalır”. “Biz vurğulayırıq ki, İsrail öhdəliklərini yerinə yetirə bilməyən tərəfdir və hər hansı fəsad və ya gecikmələrə görə tam məsuliyyət daşıyır”. – bəyanatda deyilir.