Helsinki Komissiyası - "Gürcü Arzusu" onların hakimiyyətini şübhə altına alan hər kəsi susdurmaq üçün məhkəmədən silah olaraq istifadə edir
Helsinki Komissiyası - "Gürcü Arzusu" onların hakimiyyətini şübhə altına alan hər kəsi susdurmaq üçün məhkəmədən silah olaraq istifadə edir

 

ABŞ-nin Helsinki Komissiyası Kaxa Kaladzenin seçki bannerinə zərər verdiyinə görə “Droa” partiyasının lideri Elene Xoştarianın məhkum edildiyi bir il altı aylıq həbs cəzasına münasibət bildirir.

Komissiyanın bəyanatında qeyd olunub ki, “Gürcü Arzusu” onların hakimiyyətini şübhə altına alan hər kəsi susdurmaq üçün məhkəmədən silah olaraq istifadə edir.

“Ötən sentyabr ayında Tbilisinin meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə “rus arzusu” yazdığına görə “əmlaka zərər vurmaqda” günahkar bilindikdən sonra müxalifət partiyası “Droa”nın lideri Elene Xoştaria bir il altı ay həbs cəzasına məhkum edilib. “Dövlətə qarşı törədilmiş ehtimal olunan cinayətlərə görə” Xoştaria və digər müxalifət liderləri indi daha ağır cəza ilə – 7 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşiblər” – bəyanatda deyilir.