Həlak olan əsgərlərin analarını 3 Martı övladının həmdöyüşçüləri təbrik etdilər
Həlak olan əsgərlərin analarını 3 Martı övladının həmdöyüşçüləri təbrik etdilər

Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, beynəlxalq missiyalar və xidməti borcunu yerinə yetirərkən həlak olmuş əsgər analarını övladının həmdöyüşçüləri Ana Günü münasibətilə təbrik ediblər. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayır.

İdarənin məlumatına görə, Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Analar Günü münasibətilə Gürcüstanın bütün şəhər və kəndlərində həlak olan hərbçilərin ailələrinə baş çəkərək onlara gül dəstəsi verdiləu.

“Analar əsgərlərlə birlikdə şəhid övladlarının qəhrəmanlığını bir daha xatırlayaraq, onlara vətənin keşiyində layiqli xidmətlər arzuladılar”, – məlumatda deyilir.