Həkimin məlumatına görə, Sisişvili Klinikasında koronavirusa yoluxan 116 uşaq müalicə olunur, onlardan ikisinin vəziyyəti həddindən artıq ağırdır
Həkimin məlumatına görə, Sisişvili Klinikasında koronavirusa yoluxan 116 uşaq müalicə olunur, onlardan ikisinin vəziyyəti həddindən artıq ağırdır

Sisişvili adına Uşaq Klinikasında bəyan edirlər ki, son dövrdə koronavirusa yoluxan pasiyentlərin müraciəti baxımından azalma tendesiyası yoxdur.

Gürcüstanın Birinci Kanalına klinikanın tibbi direktoru, Maya Çxaidzenin bəyan etdiyinə görə, bu mərhələdə klinikada koronavirusa yoluxan 116 uşaq müalicə olunur və bunlardan 15-i reanimasiyaya yerləşdirilib.

Bununla yanaşı, Çxaidzenin bəyan etdiyinə görə, iki uşağın vəziyyəti həddindən artıq ağırdır.

“Azalma tendensiyamız yoxdur. Pasiyentlərin sayı sabit olaraq eynidir. İndi 116 uşaq var və bunlardan 15-i reanimasiyaya yerləşdirilib. İki uşağın vəziyyəti həddindən artıq ağırdır, süni nəfəsalma aparatına qoşulublar. Reanimasiyada daha bir neçə aöır olan pasiyent var. Doqquz vaideyn iki dəfə pryvənd olunandır. Buradan altısında koronavirus təsdiq olunub”, – Çxaidze bəyan etdi.

Onun sözlərinə görə, ilkin məlumata görə, “Omikron” uşaqlarda yüngül keçir.

“Omikron”-a gəldikdə uşaqlarda yüngül keçir, hələ nəyi biliriksə.  Uşaqlarda və 40 yaşına qədər olan insanlarda halların sayı daha da artıbdır. “Omikron”-un daha artıq yoluxuculuğu var nəinki “Delta” ştammının”, – klinikanın tibbi direktoru, Maya Çxaidze bəyan etdi.