Həkim Qiorqi Çaxunaşvili - Cəfəngiyyatdır, nə kimyəvi silah barədə demişik, nə də zəhərlənmələr barədə, bu, klinik iş idi, həkimlərin xoş niyyəti, əgər nəsə aşkar olunsaydı, cəmiyyət öyrənərdi
Həkim Qiorqi Çaxunaşvili - Cəfəngiyyatdır, nə kimyəvi silah barədə demişik, nə də zəhərlənmələr barədə, bu, klinik iş idi, həkimlərin xoş niyyəti, əgər nəsə aşkar olunsaydı, cəmiyyət öyrənərdi

 

Kliniki analiz, kliniki müayinə və kliniki tədqiqat tamam başqa şeydir, yəni sağlamlığın profilaktikasına və onun idarəolunması prosesinə xidmət edir – bu haqda həkim Qiorqi Çaxunaşvili Şəhər Məhkəməsində dindirilmədən əvvəl deyib.

Onun sözlərinə əsasən, “BBC”yə verdikləri müsahibədə kimyəvi silah və zəhərlənmələr barədə danışmayıblar.

“Bu, klinik iş idi, başqa heç nədən danışılmayıb. Bu, yalnız və yalnız bizim, həkimlərin xoş niyyəti idi, əgər orada nəsə aşkar olunsaydı, cəmiyyət öyrənərdi. Cəfəngiyyatdır, nə kimyəvi silah barədə demişik, nə də zəhərlənmələr barədə, sadəcə tədqiqat apardıq. Kliniki analiz, kliniki müayinə və kliniki tədqiqat tamam başqa şeydir, yəni sağlamlığın profilaktikasına və onun idarəolunması prosesinə xidmət edir” – Çaxunaşvili bildirib.

“BBC”, “BBC”nin sübutlarına əsasən, gürcü nümayişçilərə qarşı Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi maddə istifadə ediblər” başlıqlı material dərc edib. Xüsusilə, “BBC” Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi silahın mümkün istifadəsindən danışır. Media vasitəsi pediatr Konstantine Çaxunaşvilini, Xüsusi Tapşırıqlar Departamentinin keçmiş rəhbəri Laşa Şerqelaşvilini və ekspert Kristofer Holşteqeni mənbə kimi göstərir. Həmçinin, Eka Qiqauri və Qiorqi Baçiaşvili respodentlərdir. “BBC”nin materialında ​​Laşa Şerqelaşvili bildirir ki, “onun fikrincə, bu, 2009-cu ildə su şırnağı üçün ondan sınaqdan keçirilməsini istədikləri maddə ilə eynidir”. Bununla yanaşı, “BBC”nin məlumatına əsasən, “Gürcüstan hakimiyyətində istintaqın nəticələrini cəfəng adlandırıblar və polisin qəddar cinayətkarların qanunsuz hərəkətlərinə cavab olaraq qanuni hərəkət etdiyini bildiriblər”.

“Gürcü Arzusu” partiyası beynəlxalq məhkəmələrdə “BBC”yə qarşı hüquqi davaya başladığını bildirən bəyanat yayıb.

Bununla yanaşı, “BBC” tərəfindən ictimai məkanda cinayət haqda yayılmış məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində istintaq başlayıb.