“Healthycore” klinikası – Vağzal ərazisində yanğın səbəbilə müvafiq tədbirlər həyata keçirilib, pasiyentlər müxtəlif klinikalara köçürülüblər və təhlükəsiz şəraitdədirlər

10:30, 30.04.2025

 

Vağzala yaxın ərazidə yanğın səbəbilə klinikada müvafiq tədbirlər həyata keçirilib, pasiyentlər Tbilisi miqyasında müxtəlif klinikalara köçürülüblər və təhlükəsiz şəraitdədirlər – bu barədə “Healthycore” klinikasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunduğu kimi, bu mərhələdə yaxın ərazidə yanğın söndürülüb.

“Xahiş edirik, nəzərə alın ki, bu gün üçün planlaşdırılmış prosedurlar həyata keçirilməyəcək. Klinikanın qaynar xətti: 574 060 533
Fövqəladə Halların İdarəedilməsi Xidməti: 112; Səhiyyə Nazirliyinin qaynar xətti: 1505. Əlavə suallarınız olması halında, bizə yazın və sizə dərhal cavab verəcəyik” – “Healthycore” klinikasının bəyanatında deyilir.

Oxşar