Hava Limanları İttifaqı - Güclü qar yağmasına baxmayaraq, Kutaisinin Beynəlxalq Hava Limanında reyslər adi qaydada həyata keçirilir
Qərbi Gürcüstanda əlverişsiz hava şəraitinə və güclü qar yağmasına baxmayaraq, Davit Ağmaşenebeli adına Kutaisinin Beynəlxalq Hava Limanında reyslər ləngimə olmadan, adi qaydada həyata keçirilir.
Gürcüstanın Hava Limanları İttifaqının məlumatına əsasən, güclü qar yağmasına baxmayaraq, Kutaisinin Beynəlxalq Hava Limanının müvafiq xidmətləri təyyarənin buzlanma əleyhinə prosedurlarını vaxtında həyata keçirirlər.
Həmçinin, uçuş-enmə zolağı və hərəkət cığırları buzlanma əleyhinə xüsusi maye ilə təmizlənir. Bu günə olan vəziyyətə görə, planlaşdırılmış bütün reyslər heç bir fasilə olmadan hava limanında qəbul edilir və yola salınır.
Gürcüstanın Hava Limanları İttifaqının məlumatına əsasən, Batuminin Beynəlxalq Hava Limanı əlverişsiz hava şəraitinə görə məhdud rejimdə fəaliyyət göstərir, bu səbəbdən artıq üçüncü gündür Aleksandre Kartveli adına Batuminin Beynəlxalq Hava Limanı yerinə, Kutaisinin Davit Ağmaşenebeli adına Hava Limanı reysləri qəbul edir.
Bu gün axşam İsrailin “EL Al” aviaşirkətinə məxsus təyyarə reysi Batumi əvəzinə Kutaisinin Beynəlxalq Hava Limanına həyata keçirəcək və Təl-Əvivə Kutaisidən uçacaq.