Hava Limanları Birliyinin məlumatına əsasən, güclü qar yağmasına baxmayaraq, Kutaisi Beynəlxalq Hava Limanında reyslər adi qaydada həyata keçirilir
Hava Limanları Birliyinin məlumatına əsasən, güclü qar yağmasına baxmayaraq, Kutaisi Beynəlxalq Hava Limanında reyslər adi qaydada həyata keçirilir

 

Qərbi Gürcüstanda əlverişsiz hava şəraitinə və intensiv qar yağmasına baxmayaraq, Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanında uçuşlar ləngimədən, adi qaydada həyata keçirilir. Gürcüstan Hava Limanları Birliyinin məlumatına əsasən, güclü qar yağışı şəraitində belə, hava limanının müvafiq xidmətləri təyyarələr üçün buzlanmaya qarşı prosedurları vaxtında həyata keçirirlər. Bununla yanaşı, uçuş-enmə zolağı və hərəkət yolları intensiv şəkildə təmizlənir.

“Bu günə planlaşdırılan bütün reyslərin qəbul edilməsi və yola salınması hava limanında ləngimə olmadan həyata keçirilir. Yalnız Afina reysi və əks istiqamətdə uçuş səhər saatlarında həyata keçirilməyib.

Əlverişsiz hava şəraitinin səbəb olduğu Tbilisidən Batumi istiqamətində hərəkət edən qatarın müvəqqəti dayandırılmasına görə, hava limanının müvafiq xidmətləri Brotseula dəmir yolu stansiyasında olan 12 sərnişinin Kutaisi Beynəlxalq Hava Limanına daşınmasını təmin ediblər.

Əlverişsiz hava şəraiti Kutaisi Beynəlxalq Hava Limanının ərazisində yanvarın 2-si günün birinci yarısı da daxil olmaqla qorunub saxlanacaq”- Gürcüstan Hava Limanları Birliyinin məlumatında qeyd olunub.