Hava hərəkətinin idarə olunması sistemində yaranan texniki problem səbəbindən Böyük Britaniyanın bir neçə hava limanında ciddi fasilələr yaranıb, yüzlərlə reys ləğv edilib

22:10, 08.09.2026

Hava hərəkətinin idarə olunması sistemində yaranan texniki problem səbəbindən Böyük Britaniyanın bir neçə hava limanında genişmiqyaslı fasilələr yaşanır, yüzlərlə reys ləğv edilib.
Problem Hitrou, Qatvik, Mançester və Stansted hava limanlarına təsir edib. Belə ki, Hitrou hava limanında təxminən 100 reys ləğv olunub, 367 reys isə gecikib. Qatvik hava limanında isə təxminən 250 reysdə gecikmə qeydə alınıb.

„Reuters“in yazdığına görə, problem Şotlandiyanın hava limanlarına da təsir göstərə bilər. Dublinin hava limanında da gecikmələr barədə məlumat yayılıb. Texniki nasazlıq Avropanın digər ölkələrində də aviareyslərin hərəkətinə təsir göstərib.

Ryanair aviaşirkətinin məlumatına görə, texniki problem səbəbindən 50-dən çox reys ləğv edilib, 65 mindən çox sərnişinin uçuşu isə gecikib.

„Ryanair“ Böyük Britaniyanın hava məkanında yaranan sistemli problemlərə görə NATS şirkətini tənqid edib. Aviaşirkət NATS-ın baş direktorunun istefasını da tələb edib.

Oxşar