“Harry” siklonu İtaliyada güclü yağış və fırtınaya səbəb olub.
Yerli hakimiyyət nümayəndələrinin bəyanatına əsasən, İtaliyanın cənub bölgələrində hava şəraitinin pisləşməsinə görə xilasetmə xidmətləri üç gün ərzində 1650-dən çox xilasetmə əməliyyatı həyata keçiriblər.
Bununla yanaşı, Siciliyanın müəyyən hissələrində qırmızı həyəcan səviyyəsi elan edilib. Palermoda yaşayış binalarından səkkiz nəfər, o cümlədən iki uşaq, suyun zirzəmiləri basmasından sonra təxliyə edilib.
Yerli hakimiyyət nümayəndələri təxminən 150 bələdiyyədə məktəblərin bağlandığını deyiblər.
Medianın yazdığı kimi, xilasetmə xidmətləri hazır vəziyyətdə qalırlar, çünki proqnozlara əsasən, fırtına ola bilsin yenə davam etsin.