"Hantavirus"un yayıldığı kruiz gəmisindən 28 sərnişin təyyarə ilə Niderlanda aparılıb
"Hantavirus"un yayıldığı kruiz gəmisindən 28 sərnişin təyyarə ilə Niderlanda aparılıb

 

“Hantavirus”un yayıldığı kruiz gəmisindən 28 sərnişin təyyarə ilə Niderlanda aparılıb.

Eyndhoven Hava Limanına iki xüsusi reys eniş edib.

Bununla yanaşı, Niderlanddakı klinikalardan biri 12 əməkdaşını altı həftəlik karantinə yerləşdirib, çünki personal pasiyentin analizlərini müvafiq mühafizə vasitələri olmadan emal edib. Klinikada yoluxma riskinin minimal olduğunu bəyan ediblər.

Məlum olduğu kimi, kruiz gəmisində ümumilikdə üç nəfər – ikisi niderlandlı və biri alman – “Hantavirus”dan dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatı “Hantavirus”a yeddi təsdiqlənmiş yoluxma halının olması haqda məlumat yayır.

Bununla yanaşı, medianın yazdığı kimi, kruiz gəmisində olan bir Fransa vətəndaşı yoluxub. Fransanın Baş naziri pasiyentin vəziyyətinin stabil olduğunu bəyan edib. Media həmçinin Madriddə karantində olan ispanlardan birinin simptomsuz olmasına baxmayaraq, “Hantavirus”a yoluxmasının təsdiqləndiyini xəbər verir. O, bir neçə gün əvvəl gəmidən təxliyə edilən 14 ispandan biridir.

Kruiz gəmisi hələ də dənizdədir və mayın 17-də Niderlanda çatacaq.