Hakimlər hüquq-mühafizə orqanlarının əməkdaşlarının yardımı ilə “Babilo” restoranının ərazisini tərk ediblər, aksiyanın iştirakçıları ərazidə qalırlar
Hakimlər hüquq-mühafizə orqanlarının əməkdaşlarının yardımı ilə “Babilo” restoranının ərazisini tərk ediblər, aksiyanın iştirakçıları ərazidə qalırlar

 
Hakimlər “Babilo” restoranının ərazisini tərk ediblər.

Ərazidə olan hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını restoranın perimetrindən müəyyən məsafəyə uzaqlaşdırıblar və bir növ dəhliz yaradıblar, bundan sonra da restoranda olan hakimlər ərazini tərk edə biliblər.

Aksiya iştirakçılarına gəlincə, onlar indiyədək “Babilo”nun ətrafındakı ərazidə qalırlar.

Bundan əvvəl ərazidə vəziyyət bir neçə dəfə gərginləşib, nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri ərazidən uzaqlaşdırıblar. Onların saxlanıldığı yoxsa ərazidən uzaqlaşdırıldığı hələlik bilinmir.

Mövcud məlumata əsasən, hakimlər üçün korporativ ziyafətin keçirildiyi “Babilo” restoranının yaxınlığına aksiyanın iştirakçıları bir neçə saat bundan əvvəl toplaşıblar. Onlar restorana gələn hakimləri qışqırıqla qarşılayıblar. Bir neçə hakimin restoranı tərk etməsindən sonra da qarşıdurma baş verdi. Aksiyanın iştirakçıları onları qışqırıqla yola salıblar, eləcə də onların istiqamətində yumurta atıblar. Ərazidə baş verən sözlü qarşıdurma və fiziki iğtişaşlar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri inzibati qaydada saxlayıblar.