Hakimin üzərinə su tökməsi faktı üzrə Nika Melia bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib
Hakimin üzərinə su tökməsi faktı üzrə Nika Melia bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib

 

Tbilisi Şəhər Məhkəməsi “Dəyişiklik Naminə Koalisiyası”nın lideri Nika Melianı hakimin üzərinə su tökməsi faktı üzrə təqsirli bilib.

Hakim Elene Qoquadze onu bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmənin qərarına əsasən, cəzanın hesablanması 2025-ci ilin iyunun 20-dən başlayacaq.

Məlumat üçün bildirək ki, polis Nika Melianı mayın 29-da inzibati qaydada saxlayıb. Ertəsi gün isə parlamentin müvəqqəti istintaq komissiyasının iclasına qatılmaması işi üzrə onun məhkəmə prosesi keçirilib və barəsində həbs qətimkan tədbiri seçilib. Melia məhkəmədə çıxışı zamanı hakimin üzərinə su töküb.