Hakan Fidan - Ola bilsin, İstanbulda aparılan danışıqlar Ərdoğanın ev sahibliyi edəcəyi Tramp, Putin və Zelenskinin görüşü ilə taclansın
Ola bilsin, İstanbulda aparılan danışıqlar Ərdoğanın ev sahibliyi edəcəyi Tramp, Putin və Zelenskinin görüşü ilə taclansın – bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrei Sibiqa ilə görüşü zamanı deyib.
Fidanın qeyd etdiyi kimi, İstanbulda sübut olundu ki, danışıqlar konkret nəticələr verə bilər.
“Biz bu müharibənin davam etməsinə ya göz yumacağıq, ya da bu il ərzində daimi sülhə nail olacağıq. İstanbulda biz sübut etdik ki, danışıqlar konkret nəticələr verə bilər. Biz İstanbulda əldə olunan impulsun davam etməsini istəyirik. Hesab edirik ki, ola bilsin, İstanbulda aparılan danışıqlar cənab Ərdoğanın ev sahibliyi edəcəyi Tramp, Putin və Zelenskinin görüşü ilə taclansın” – Fidan bildirib.