Hakan Fidan - İrana hücum, müharibəni yenidən başlatmaq səhvdir, İran nüvə məsələsində yenidən danışıqlara hazırdır
Hakan Fidan - İrana hücum, müharibəni yenidən başlatmaq səhvdir, İran nüvə məsələsində yenidən danışıqlara hazırdır

 

İrana hücum səhvdir, müharibəni yenidən başlatmaq səhvdir. İran nüvə məsələsində yenidən danışıqlara hazırdır – bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Bununla yanaşı, Fidan ABŞ-a İranla bağlı işləri bağlamağı məsləhət görür. O bildirib ki, əks halda İran tərəfi üçün yeni tənzimləmələrin dərk edilməsi və həzm edilməsi çətin olacaq.

“Amerikalı dostlarıma məsləhətim: iranlılarla bağlı işləri bir-birinin ardınca bağlayın. Nüvə ilə başlayın, bağlayın. Onlara paket olaraq təqdim etsəniz, iranlı dostlarımız üçün bunun dərk edilməsi və həzm edilməsi çətin olacaq. Bu, onlara alçaldıcı görünə bilər və rəhbərliyə izah etmək çətin olacaq. Əgər hər şeyi daha dözümlü edə bilsək, bu, bizə kömək edəcək” – Hakan Fidan bildirib.