Hakan Fidan - Fars körfəzində mövcud problem heç bir halda Qəzza məsələsinin unudulmasına səbəb olmamalıdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazının “silah” kimi istifadə edilməsinə qarşı çıxır. O, həm regional sabitlik, həm də qlobal iqtisadiyyat üçün Hörmüz boğazından silah kimi istifadə edilməməsinin vacib olduğunu bildirib.
“Fars körfəzində mövcud problem heç bir halda Qəzza məsələsinin unudulmasına səbəb olmamalıdır” – Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Türkiyənin xarici işlər naziri həmçinin qeyd edib ki, İsrailin ekspansionizmi regionda “sabitlik və təhlükəsizliyə” əsas təhlükədir.