Hakan Fidan: ABŞ və İran arasında danışıqların genişlənməsi yalnız yeni bir müharibəyə yol aça bilər
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, ABŞ və İran arasındakı danışıqlar Tehranın ballistik raket proqramını da əhatə edərsə, bu, yalnız yeni bir növ müharibəyə yol açar.
Fidan əlavə edib ki, həm ABŞ, həm də İran nüvə sazişi üçün kompromisə hazır görünür. Onun sözlərinə görə, İran səmimi olaraq razılıq əldə etmək istəyir və uranın zənginləşdirilməsi ilə bağlı limitləri, eləcə də sərt yoxlamaları qəbul edə bilər – eynilə 2015-ci ildə imzalanmış sazişdə olduğu kimi.
Nazir vurğulayıb ki, Türkiyə ABŞ, İran və regionun rəsmiləri ilə daima əlaqədədir:
“Amerikalılar görünür, uranın zənginləşdirilməsini müəyyən sərhədlər çərçivəsində qəbul etməyə hazırdır. İran isə artıq başa düşür ki, amerikalılarla razılığa gəlməlidir. Onu məcbur etməyə çalışmaq isə mənasızdır.”