Haitidə "Melissa" qasırğası nəticəsində yaranmış daşqında ən azı 25 nəfər həyatını itirib
Haitidə “Melissa” qasırğası nəticəsində yaranmış daşqında ən azı 25 nəfər həyatını itirib. Bu haqda “CNN” yazır.
Yerli mer Jan-Bertran Subrem Peti-Qoavi limanında bir neçə evin uçduğunu, insanların altında qaldığını, ona yaxın insanın isə itkin düşmüş hesab edildiyini bildirib.
Mediya yazır ki, fırtına Haitiyə ciddi ziyan vuracaq, çünki fəlakətin vurduğu qonşu ölkələrlə müqayisədə Haiti ən az inkişaf etmiş ölkədir. Həmçinin, bir neçə yaşayış məntəqəsinin ətraf aləmdən təcrid oluna biləcəyini ehtimal edirlər.