“HƏMAS”ın əsirliyindən azad edilən girovlar ailə üzvləri ilə görüşüblər

10:28, 20.01.2025

 
“HƏMAS”ın əsirliyindən azad edilən israilli girovlar ailə üzvləri ilə görüşüblər. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi görüşü əks etdirən şəkil və video materialı yayır.

Doron Ştainbrexer, Emili Damar və Romi Qonen Tel Haşomer klinikasındadırlar. Azad edilən girovlar ehtimal ki, bir neçə gün klinikada qalacaqlar. Həkimlərin məlumatına əsasən, girovların üçünün də səhhəti stabildir.

Xatırladaq ki, üç israilli girov “HƏMAS”ın 471 günlük əsirliyindən sonra azad edilib. Bu, yanvarın 19-da qüvvəyə minən İsrail və “HƏMAS” arasında əldə olunan atəşkəs və girovların azad edilməsi razılaşması çərçivəsində baş verib. Bunun müqabilində İsrail razılaşma çərçivəsində fələstinli məhbusları azad etməlidir.

Oxşar