"HƏMAS" İsraillə atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatdığını elan edib
"HƏMAS" İsraillə atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatdığını elan edib

 

“HƏMAS” İsraillə atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatdığını elan edib.

“HƏMAS”ın nümayəndəsi Osama Hamdan birinci mərhələ çərçivəsində qrupun öhdəliklərini yerinə yetirdiyini bildirir.

Atəşkəs razılaşmasının birinci mərhələsi oktyabrın 10-da qüvvəyə mindi, ona əsasən İsrail sağ qalanları və həlak olan girovların qalıqlarını aldı, eləcə də İsrailin genişmiqyaslı əməliyyatı dayandı.

İsrail, eləcə də “HƏMAS” dəfələrlə bir-birini vaxtaşırı toqquşmaların baş verdiyi üçün atəşkəsi pozmaqda ittiham ediblər.

Qəzzanın səhiyyə orqanları atəşkəsin qüvvəyə minməsindən sonra İsrailin hücumları nəticəsində 245 nəfərin öldüyünü və 623 nəfərin yaralandığını bəyan ediblər.

Hamdanın bəyanatına əsasən, hazırda ən böyük təhlükə regional sabitliyə dərin və davamlı təhlükə olan İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” baxışından qaynaqlanır.

“Reuters” yazır ki, “Böyük İsrail” təkcə İordan çayının qərb sahili və Qəzzanın ərazilərini deyil, həm də Livan, Suriya, Misir və İordaniyanın bəzi hissələrini iddia edən ekspansionist baxışdır.