“HƏMAS” İsrailə dörd ölü girovun cəsədini təhvil verib
“HƏMAS” İsrailə dörd ölü girovun cəsədini təhvil verib.
Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə keçirilən proses Xan Yunisdə baş tutub.
Məlum olduğu kimi, cəsədlər arasında 7 oktyabr hücumu zamanı qaçırılan Babisebi ailəsinin üç üzvü, ana və iki azyaşlı oğlu var.
“HƏMAS” daha sonra ananın uşaqları ilə birlikdə İsrailin hava hücumu nəticəsində həlak olduğunu açıqladı.
Vəfat edən 4-cü şəxs isə 85 yaşlı veteran jurnalist Oded Lipşitsiadır. Onun həyat yoldaşını 2023-cü ilin oktyabrın sonunda sərbəst buraxmışdılar.