"HƏMAS" - İsrail və ABŞ Qəzzada Əl Şifa xəstəxanasına hücumda günahkardırlar
"HƏMAS" - İsrail və ABŞ Qəzzada Əl Şifa xəstəxanasına hücumda günahkardırlar

 
İsrail və ABŞ Qəzzada Əl Şifa xəstəxanasına hücumda günahkardırlar- bu barədə beynəlxalq media tərəfindən yayılmış “HƏMAS”ın bəyanatında deyilir.

“BMT-nin susması, bir çox ölkə və rejimlərin xəyanət etməsi Fələstin xalqının öz torpaqlarına və qanuni milli hüquqlarına bağlılığına mane olmayacaq”- deyə bəyanatda qeyd olunub.

“HƏMAS” həmçinin ABŞ-ın mülki əhalinin öldürülməsinə dəstək verməklə İsrailə yaşıl işıq yandırdığını bildirir. Əl Şifa xəstəxanasının “HƏMAS” tərəfindən komanda mərkəzi və nəzarət bazası kimi istifadə edilməsi ilə bağlı İsrailin bəyanatı HƏMAS tərəfindən yalançı narativ adlandırılır.