"HƏMAS" Dohada keçirilən danışıqlarda doqquz girovun azad olunmasına razılıq verib, əvəzində İsraildən 60 günlük atəşkəs tələb edir
Atəşkəsin əldə olunması məqsədilə Dohada keçirilən yenilənmiş danışıqlarda “Həmas” doqquz girovun azad olunmasına razılıq verib. Əvəzində isə İsraildən 60 günlük atəşkəs tələb edir.
Razılaşma həmçinin Qəzza zolağına gündəlik 400-ə qədər humanitar yük maşınının daxil olmasına icazə verilməsini nəzərdə tutur.
İsrail hələlik Dohada əldə olunmuş razılaşma ilə bağlı şərh verməyib.
Bundan əlavə, danışıqlar başlamazdan əvvəl İsrail tərəfi bildirmişdi ki, Qəzzadan silahlı qüvvələrin çıxarılması müzakirə mövzusu olmayacaq.
İsrailin Qəzzada yenidən başladığı genişmiqyaslı hərbi əməliyyat çərçivəsində gecə saatlarında həyata keçirilən hücum nəticəsində 33 nəfər həyatını itirib.
Qəzzanın səhiyyə orqanlarının məlumatına görə, ölənlərin əksəriyyəti azyaşlılardır.
Ümumilikdə, cümə axşamı bərpa olunan əməliyyatlardan sonra Qəzzada ölənlərin sayı 300-ü keçib.