"HƏMAS" daha iki girovun cəsədini İsrailə təhvil verdiyini bəyan edir
"HƏMAS" daha iki girovun cəsədini İsrailə təhvil verdiyini bəyan edir

 

“HƏMAS” daha iki girovun cəsədini İsrailə təhvil verdiyini bəyan edir. Lakin, qruplaşma hələlik qalan cəsədlərin qaytarılmasının imkansız olduğu haqda məlumat verir.

“HƏMAS” bəyan edir ki, qruplaşmaya Qəzzada dağıntılar altından cəsədləri çıxarmaq üçün vaxt və xüsusi avadanlıq lazımdır. “HƏMAS”da razılaşmaya sadiq qaldıqlarını və əllərinin çatdığı bütün girovların cəsədlərini geri qaytardıqlarını bildirirlər.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “HƏMAS” atəşkəs razılaşmasına əməl etməsə, İsrail qüvvələrinin yenidən döyüş əməliyyatlarını bərpa edə biləcəyini deyib. Tramp bildirib ki, Qəzzada hərbi əməliyyatları bərpa etmək üçün onun “bir sözü kifayətdir”.