HƏMAS yüksək rütbəli lider Salah əl-Bərdavilin İsrailin Qəzzaya aviazərbələri nəticəsində öldürüldüyünü bildirib

11:55, 23.03.2025

HƏMAS bildirir ki, İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb. – Bu barədə BBC yazır.

Onlar bildiriblər ki, HƏMAS-ın yüksək rütbəli lideri Salah əl-Bərdaveli İsrailin Qəzzanın cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. BBC-nin verdiyi məlumata görə, yerli sakinlər Bərdəvəlinin də, həyat yoldaşının da hava zərbəsi nəticəsində həlak olduğunu bildiriblər.

Bu barədə İsraildə hələlik heç bir açıqlama verilməyib.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bu yana Qəzzada 49 500-dən çox fələstinli ölüb.

Oxşar