“HƏMAS” bu həftə altı girovu azad edəcəyini açıqlayır

14:15, 27.01.2025
Displaced Palestinians leave parts of Khan Younis as they go back to their homes in Rafah, southern Gaza Strip, Sunday, Jan. 19, 2025. (AP Photo/Jehad Alshrafi)

Displaced Palestinians leave parts of Khan Younis as they go back to their homes in Rafah, southern Gaza Strip, Sunday, Jan. 19, 2025. (AP Photo/Jehad Alshrafi)

 
“HƏMAS” bu həftə altı girovu azad edəcək. “HƏMAS”ın bəyanatına əsasən, üç girov cümə gününə qədər, daha üç nəfər isə fevralın 1-də azad ediləcək.

Arbel İehudi, İsrail ordusunun əsgəri Aqam Berqer və daha bir girovun cümə gününə qədər azad ediləcəyi məlum olub.

Eyni zamanda, “HƏMAS”ın siyasi bürosunun üzvü Musa Abu Marzuki bildirir ki, qruplaşma müharibədən sonra Qəzzanı idarə etməkdən imtina edə bilər və bu məsələ ilə bağlı ABŞ-la danışıqlara başlamağa hazırdır.

Marzukinin təbirincə, “HƏMAS” idarəedici orqanın həm regional, həm də beynəlxalq dəstəyə, o cümlədən Fələstin Administrasiyasının Prezidenti Mahmud Abbasın dəstəyinə ehtiyac duyacağını başa düşür.

Keçən ay “HƏMAS” və Fələstin Administrasiyasının idarəçisi “Fatah” partiyası müharibədən sonrakı Qəzzanı birgə idarə etmək üçün komitə yaratmaq barədə razılığa gəliblər. Plana əsasən, komitə iqtisadiyyat, təhsil, səhiyyə, humanitar yardım və yenidənqurma ilə bağlı məsələlərdə səlahiyyət sahibi olan 10-15 partiya üzvü olmayan şəxslərdən formalaşdırılmalıdır.

Oxşar