“GWP” – Rustaveli prospektində su təchizatı şəbəkələrinin reabilitasiyası yekun mərhələdədir
“Georgian Water and Power” şirkəti Rustaveli prospektinin tam reabilitasiyası üzrə miqyaslı layihə çərçivəsində su təchizatı və kanalizasiya şəbəkələrinin yenilənməsinin yekun mərhələsi işlərini başa çatdırır.
“GWP”nin məlumatına əsasən, reabilitasiya nəticəsində 5 kilometrdən artıq uzunluqda su təchizatı və kanalizasiya şəbəkələri istismara veriləcək. Layihə çərçivəsində doqquz yanğın hidrantı, 71 ədəd bağlayıcı-tənzimləyici siyirtmə və müvafiq əsas infrastruktur artıq təşkil edilib.
Rustaveli prospektində su təchizatı sisteminin miqyaslı bərpa işləri beynəlxalq “Aqualia” şirkətinin yüksək standartlarına uyğun olaraq həyata keçirilir, bu da yenilənmiş şəbəkələrin uzunmüddətli və səmərəli fəaliyyətini təmin edir.
“GWP”nin texniki və əməliyyat istiqaməti üzrə direktoru Qiorqi Veşapidzenin bəyan etdiyi üzrə, Rustaveli prospektindəki bina və tikililərin yerləşməsindən irəli gələrək şəbəkələrin əlavə olaraq dərinləşdirilməsinə ehtiyac yaranıb.
“Kanalizasiya şəbəkəsi altı metr, su kəməri şəbəkəsi isə iki metr dərinlikdə yerləşdirilib. Reabilitasiya çərçivəsində köhnəlmiş çuqun borular müasir, ikiqat daxili və xarici izolyasiyaya malik polad borularla, kanalizasiya şəbəkəsi isə dəmir-beton armaturlu borularla əvəz olunub. Mövcud çağırışlara baxmayaraq, işlər ən qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilib” – Qiorqi Veşapidze bildirib.
“Georgian Water and Power” şirkəti Rustaveli prospektinin reabilitasiyası layihəsinə 12,5 milyon larilik investisiya yatırıb.
“GWP”nin texniki və əməliyyat istiqaməti üzrə direktoru Qiqa Nadiradzenin bəyanatına əsasən, şirkət Rustaveli prospektindəki köhnəlmiş və sıradan çıxmış infrastrukturu əvəzləyib.
“Yeni boru kəmərləri və istifadə olunan materiallar müasir standartlara və texnologiyalara tam uyğundur, bu da onların uzunmüddətli və etibarlı istismarına zəmanət verir. İşlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın günlərdə layihə tamamilə başa çatacaq, bundan sonra da yeni şəbəkə istismara veriləcək” – Qiqa Nadiradze bildirib.