“GWP” – Rustaveli prospektində baş vermiş insident nəticəsində xəsarət alan olmayıb, obyektdə iş prosesi fasiləsiz, adi qaydada davam edir

16:13, 06.08.2026

“GWP” Rustaveli prospektində su təchizatı şəbəkəsinin yenidən qurulması sahəsində baş vermiş insidentlə bağlı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, əmək təhlükəsizliyi normaları və müqavilə şərtləri kobud şəkildə pozulub, çünki özüboşaldan yük avtomobilində azyaşlı uşaq olub.
“Rustaveli prospektində su təchizatı şəbəkəsində aparılan bərpa işləri zamanı ‘GWP’nin podratçı şirkətinə məxsus özüboşaldan yük avtomobili xəndəyin kənarına həddindən artıq yaxın hərəkət edib. Nəticədə torpaq sürüşməsi baş verib və texnika sürüşüb. Sürücü avtomobili öz gücü ilə çıxarmağa çalışarkən xəndək əlavə zədələnib və yük avtomobili aşıb.
İnsident nəticəsində xəsarət alan olmayıb. Obyektdə iş prosesi fasiləsiz və adi qaydada davam edir.
‘Georgian Water and Power’ xüsusi olaraq vurğulayır ki, əmək təhlükəsizliyi normaları və müqavilə şərtləri kobud şəkildə pozulub – özüboşaldan yük avtomobilində azyaşlı uşaq olub.
‘GWP’nin müvafiq xidmətləri hadisənin bütün təfərrüatlarını araşdırır. Araşdırma başa çatdıqdan sonra şirkət podratçı təşkilata qarşı müqavilə və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqi tədbirləri görəcək”, – deyə şirkətin bəyanatında bildirilir.

Oxşar